Şənbə, 27 Aprel

Bayden: "F-16"ların Türkiyəyə tədarükü Amerikanın maraqlarına uyğundur"

image

ABŞ Prezidenti Co Bayden bazar günü Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana telefon danışığı zamanı deyib ki, Türkiyəyə “F-16” qırıcılarının tədarükü Amerikanın maraqlarına uyğundur.

Xəbər verilir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Ankaraya döyüş təyyarələrinin tədarükü ilə bağlı vəziyyəti şərh edən Amerika liderinin müşaviri qeyd edib:

“Bayden danışıqlar zamanı aydın şəkildə NATO və ABŞ-Türkiyə münasibətləri üçün “F-16″ların satışını məqsədəuyğun olduğunu bildirdi. Bu, bizim marağımızdadır”.

O həmçinin bildirib ki, dövlət başçıları Kiyevə hərbi yardım məsələsini müzakirə edib və iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammiti çərçivəsində görüşməyə razılaşıblar.

İsveçin NATO-ya üzvlüyü

Sallivanın sözlərinə görə, “Birləşmiş Ştatlar hesab edir ki, İsveç mümkün qədər tez NATO-ya qəbul edilməlidir”.

O, krallığın Alyansa qəbulunun vaxtı barədə danışmaqdan imtina edib:

“Biz bunun necə inkişaf edəcəyini Vilnüsə gedəndə görəcəyik. Bunun Vilnüsdə, yoxsa oradan kənarda baş verəcəyini demək tezdir”.

Baydenin müşaviri qeyd edib ki, krallığın Alyansa üzvlüyü və Ankaraya “F-16″ların satışı ABŞ və Türkiyə arasında ikitərəfli münasibətlərə real təkan verəcək.

Xatırladaq ki, bundan əvvəl Türkiyə ABŞ-dan 40 “F-16 Block 70” döyüş təyyarəsi və 80 “Block 70” təkmilləşdirmə dəsti istəyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36